Müştəri
məmnuniyyətinin
ölçülməsi aləti
olan HU Reacts,

Sizə müştəriniz ilə
doğru ünsiyyət quraraq onun ehtiyyaclarını
anlamağa və təhlil etməyə imkan verəcək.

HU Reacts sisteminin quruluşu

Admin panel

Sorğu formaların idarə olunması, unikal link-lərin generasiyası, QR kodun yaranması, hesabatlar və statistik- infoqrafikaların formalaşması admin paneldə həyata keçirilir.

Sorğu forması

Respondent tərəfindən doldurulan formada suallara cavab növləri rahat və anlaşılan formada əks olunur. Sualların cavab növləri seçiləcək cavabların sayından, qiymətləndirmə şkalasının növündən və s. amillərdən asıllı olaraq fərqli formalarda ola bilər.

API

HU Reacts xidməti müştərinin daxili sistemi ilə inteqrasiya olunması üçün interfeys təqdim edir.
• Personal linklərin yaradılması
• Feedback-lərin sorğulanması
• Hesabatların yüklənməsi

Üstünlüklər

HU Reacts sorğu formaları...

Sizin korporativ üslubunuza uyğunlaşır

Standart formaların mövcud olmasından əlavə olarağ, Sizin korporativ dizayn qaydalara uyğun formalaşa bilər. Sualın tərtibatı, mövcudluğu və görüntüsünün idarə edilməsi üçün sizə kömək edən alətlər mövcuddur.

İki dildə tərtib oluna bilir

Böyük müştəri kütləsinə uyğunlaşmaq və bütün seqmentlərə əlçatan olmaq üçün sorğu formalarını iki dildə, yəni Azərbaycan və İngilis dilində tərtib etmək olar.

Sizi xəbərdar edir

Müştəri xidməti mənfi dəyərləndirsə və ya şərh edərsə HU Reacts sorğu formaları üzrə məsul şəxslərin elektron ünvanına dərhal məlumat ötürür.

Məmnuniyyət indeksi formalaşdırır

Sorğuların cavablarının sistem tərəfindən avtomatik analizi nəticəsində məmnuniyyət indeksi formalaşır. Beləliklə siz həm müsbət, həm mənfi rəy vermiş müştərilərin sayını bilib, xidmət keyfiyyətinin artırılması üçün lazımlı addımların atılmasını təmin edə biləcəksiniz.

Sorğuları yaradın

Xidmət keyfiyyətinin artırılması məqsədi ilə müştəri məmnuniyyətinin ölçülməsi və ya hər-hansı sorğuların keçirilməsi üçün formaların yaradılması və kateqoriyalara bölünməsi imkanı yaradılmışdır

Linki göndərin

Sorğuların aparılması üçün unikal linklərin generasiyası mümkündür. Bu funksional sorğu formalarını yüngülləşdirir və statistikanı daha dəqiq aparmağa imkan verir.

Hesabat əldə edin

Sorğunun analitik hesabatının aparılması üçün, cavabların Excel formatına ixracı və ya infoqrafika şəklində statistikanın əldə olunması imkanı mövcuddur.

Tez-tez verilən suallar

HU Reacts nədir?

Hu Reacts müştəri məmnuniyyətinin ölçülməsi və ya sorğurların keçirilməsin məqsədilə formaların yaradılması və sorğu formalarına uyğun doldurulmuş cavabların detallı analizi, statistikasına nəzarət etmək imkanı verən platformadır.

Sorğunun linki bütün cihazlarda açılır?

Bəli. Hu Reacts sorğusu forması istənilən web mühitdə rahatlıqla əks olunur

Bir şəxs bir sorğuya bir neçə dəfə cavab versə, statistikam yalnış olacaq?

Fərdi linklərin istifadəsi ilə bir şəxs bir sorğuya bir dəfə cavab verə bildiyinə görə, hesabat və statistikanız yalnış olmayacaqdır.

Sorğuların cavabına hardan baxa biləcəm?

Mənfi cavablar barədə məlumat dərhal qeyd etdiyiniz mail ünvana göndəriləcəkdir. Digər bütün növ cavablar ilə isə hesabatda tanış olmaq imkanı mövcuddur.

Nümunələr

file exm

Optikalar üçün

file exm

Tibb mərkəzləri üçün

file exm

Satış müəsisələri üçün

file exm

Kargo şirkətləti üçün

file exm

Uşaq baxçaları üçün

file exm

Hotel və spa mərkəzləri üçün

Müştərilərimiz